sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Zelenski AK prezidenti ilə Rusiyaya qarşı 18-ci sanksiya paketinə hazırlığı müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen ilə telefon danışıqları aparıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
V.Zelenski Ursula fon der Lyayenə və Avropa İttifaqına (Aİ) Rusiyaya qarşı 17-ci sanksiya paketinin qəbul edilməsinə görə təşəkkür edib.
Ukrayna Prezidenti bunun düzgün istiqamətdə atılan addım olduğunu qeyd edib.
V.Zelenski bildirib ki, tərəflər, həmçinin Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiya paketinə hazırlığı müzakirə ediblər. Ukrayna Prezidenti maliyyə sxemləri, banklar, neft kimi sahələrə sanksiya təzyiqinin zəruriliyinə xüsusi diqqət yönəldib.
Oxşar xəbərlər
Zelenski AK-nın rəhbəri ilə Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə edib
Pinyu: Rusiyaya qarşı 17-ci sanksiya paketinin qüvvəyə minmə tarixi Ukrayna üzrə danışıqların gedişindən asılıdır
Rusiyaya qarşı 17-ci sanksiya paketinə 189 gəmi daxil edilib
Aİ Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır
Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiya paketinə dair təkliflər sabah müzakirə ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













