Rubio: Danışıqlarda irəliləyiş olmasa, Konqres Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər
Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ Konqresi tezliklə anti-Rusiya sanksiyalarını sərtləşdirə bilər.
"Sizinxeber.az"un xəbərinə görə, bunu ABŞ Dövlət katibi Marko Rubio "CBS News" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ administrasiyası bu barədə Rusiyaya xəbərdarlıq edib
"Biz Konqresdən Ukrayna üzrə danışıqlarımızda hər hansı irəliləyiş əldə edə biləcəyimizi görmək üçün bizə bir müddət vaxt verməsini istədik. Amma biz altı-yeddi həftə əvvəl Rusiya tərəfi ilə də kifayət qədər aydın danışdıq, Rusiya tərəfinə Konqresdə bu səylərin davam etdiyini bildirdik", - Amerika diplomatiyasının rəhbəri bildirib.
Oxşar xəbərlər
Rubio: ABŞ İstanbuldakı Rusiya-Ukrayna danışıqlarına böyük ümid bəsləmir
Rubio: ABŞ, irəliləyiş olmasa, Ukrayna ilə bağlı danışıqlardan çıxacaq
Rubio: ABŞ Rusiya – Ukrayna münaqişəsinin həllində vasitəçi rolundan imtina etməyəcək
Tramp: Bir neçə gündə Moskva və Kiyevlə münaqişənin həllində irəliləyiş əldə etmişik
Rubio: ABŞ nümayəndəsi İstanbulda Rusiya və Ukrayna danışıqlarında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
