Ukrayna və ABŞ birgə İnvestisiya Fondunun yaradılmasına dair sənədlər imzalayıblar
sizinxeber.az xəbər saytı

Ukrayna və ABŞ birgə İnvestisiya Fondunun yaradılmasına dair sənədlər imzalayıblar


Kiyev və Vaşinqton yeraltı sərvətlər sazişi çərçivəsində birgə Bərpa İnvestisiya Fondunun yaradılması və fəaliyyəti haqqında saziş imzalayıblar.

"Sizinxeber.az" “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, sənədlər mayın 13-də Dövlət-Özəl Tərəfdaşlığa Dəstək Agentliyi ilə ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası arasında imzalanıb.

Öz növbəsində Baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib ki, Ukrayna İnvestisiyaların Bərpası Fondunun fəaliyyətə başlaması üçün bütün zəruri prosedurları başa çatdırıb.

Fondun işi diplomatik notalar mübadiləsindən sonra mayın 23-də başlaya bilər.

Onun sözlərinə görə, ABŞ ilə yeraltı ehtiyatlarla bağlı sövdələşmə bərabər hüquqludur və gələcəyə hesablanıb. Belə bir sənəd Ukraynanın milli maraqlarına hörmətə əsaslanır və ABŞ ilə birgə idarəetmə və investisiyaları nəzərdə tutur. Lakin müqavilədə borcla bağlı heç nə yoxdur və sırf Ukraynaya sərmayə qoymaq öhdəliyi var.

Xatırladaq ki, mayın 1-də Vaşinqtonda Ukrayna ilə ABŞ arasında iqtisadi əməkdaşlıq haqqında sazişin (“Yeraltı ehtiyatlarla bağlı saziş”) imzalandığı məlum olub.

Oxşar xəbərlər

Vaşinqton-Kiyev memorandumu Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur
Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıblar
Şmıqal: Ukrayna və ABŞ arasında saziş layihəsi 10 illik investisiyaları nəzərdə tutur
Ukrayna və ABŞ faydalı ehtiyatlar üzrə saziş üzrə niyyət memorandumu imzalayıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər