Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə nadir torpaq metalları haqqında sazişi ratifikasiya edən qanunu imzalayıb.
Bu barədə “Sizinxeber.az” Ali Radanın saytına istinadən xəbər verir.
Sənəd Ali Radanın mayın 8-də keçirilən iclasında təsdiqlənib. 338 deputat sənədin lehinə səs verib.
Xatırladaq ki, aprelin 30-dan mayın 1-nə keçən gecə Ukrayna və ABŞ bərabər iştirakla birgə Bərpa üzrə İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalayıblar. Sənədi Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko və ABŞ-nin maliyyə naziri Skot Bessent imzalayıblar. Razılaşma uzun sürən danışıqların nəticəsi idi və hətta mübahisələrə səbəb oldu, lakin Ukrayna hökuməti qeyd edib ki, Kiyev özü üçün əlverişli şərtləri qoruya bilib.
Daha əvvəl Baş nazir Denis Şmıqal sənədin əsas prinsiplərini açıqlayıb:
- Fond paritet şərtlərlə - hər iki tərəfin 50% iştirakı və bərabər səsvermə hüququ ilə yaradılacaq.
- Ukrayna yerin təki, infrastruktur və təbii sərvətlər üzərində tam nəzarəti özündə saxlayır.
- Saziş heç bir borc öhdəliyini nəzərdə tutmur – söhbət yalnız investisiyalardan gedir, kreditlərdən yox.
- Fond layihələrə sərmayə qoyacaq və “al və ya ödə” prinsipi üzrə kommersiya alışlarına zəmanət verəcək.
- Sənəd, həmçinin Ukraynanın gələcəkdə Avropa İttifaqına üzvlüyünə maneə yaratmır.
Oxşar xəbərlər
Vaşinqton-Kiyev memorandumu Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur
Ukrayna və ABŞ bu gün nadir torpaq metalları ilə bağlı saziş imzalaya bilər
Zelenski minerallara dair sazişin detallarını açıqlayıb
ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıblar
ABŞ-la Ukrayna arasında saziş 50-dən çox faydalı qazıntını əhatə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








