Fransada ultrasağçı lider miqrasiya ilə bağlı referendumun keçirilməsinə çağırır
sizinxeber.az xəbər saytı

Fransada ultrasağçı lider miqrasiya ilə bağlı referendumun keçirilməsinə çağırır


Fransanın ifrat sağçı "Milli birlik" partiyasının sədri Jordan Bardella Fransa Prezidenti Emmanuel Makronun miqrasiya siyasəti məsələləri ilə bağlı referendum təşkil etməsində israr edir.

“Sizinxeber.az” xəbər verir ki, Bardella bunu “TF1” telekanalının efirində bildirib.

"Mən prezidenti Fransa vətəndaşlarını ciddi qəbul etməyə və miqrasiya ilə bağlı referendum təşkil etməyə çağırıram", - o deyib.

Ultrasağçı lider bu zərurəti miqrasiyaya nəzarət məsələsinin ölkə əhalisini son dərəcə narahat etməsi ilə izah edib.

Bundan başqa, Bardella payızda növbədənkənar seçkilərin keçirilməsi üçün parlamentin buraxılmasında israr etdiyini xatırladıb.

"Bizi bürüyən siyasi böhrandan çıxmağın yalnız bir yolu var - yeni seçkilərin təşkili", - Bardella bildirib.

“Le Figaro” qəzeti qeyd edib ki, Fransa Konstitusiyasının 11-ci maddəsinə əsasən, miqrasiya siyasəti ilə bağlı məsələlər referendumda müzakirəyə çıxarıla bilməz.

Oxşar xəbərlər

Sorğu: Jordan Bardella - Fransada prezident seçkilərində qələbəyə əsas namizəddir
Makron Le Penlə Fransa hökumətinin gələcəyini müzakirə edəcək
Fransanın sağyönümlü partiyası Makronu hədələyib
Fransanın ifrat sağçıları yeni baş naziri bütün partiyalarla dialoqa çağırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər