Sorğu: Jordan Bardella - Fransada prezident seçkilərində qələbəyə əsas namizəddir
sizinxeber.az xəbər saytı

Sorğu: Jordan Bardella - Fransada prezident seçkilərində qələbəyə əsas namizəddir


Fransada ifrat sağçı "Milli Birlik" Partiyasının lideri Jordan Bardella qarşıdan gələn prezident seçkilərində əsas favoritdir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu nəticə “Toluna Harris Interactive” tədqiqat şirkətinin RTL kanalı üçün keçirdiyi sorğunun yekunlarına əsasən müəyyən olunub.

Məlumata görə, Bardella 2027-ci ildə keçiriləcək prezident seçkilərində "Milli Birlik" fraksiyasının lideri Marin Le Peni əvəz edərsə, birinci turda fransızların 35-36 faizi ona səs verməyə hazır olduğunu bəyan edib.

"Milli Birlik"in rəhbərini Fransa seçicilərinin 23-25 ​​faizinin dəstəyi ilə keçmiş baş nazir Eduard Filipp izləyir.

Üçüncü yerdə 13 faiz ilə ifrat solçu siyasətçi Jan-Lyuk Melenşon qərarlaşıb.

Xatırladaq ki, Le Pen beş il müddətinə seçki hüquqlarından məhrum edilib. O, növbəti prezident seçkilərində namizədliyini irəli sürə bilməyəcək.

Oxşar xəbərlər

Sağçıların petisiyası: Marin Le Penə qarşı hökm Fransa demokratiyasının edamıdır
Le Pen növbəti Prezident seçkilərində namizədliyini irəli sürməkdən məhrum edilib - YENİLƏNİB
Fransada ifrat sağçılar Makronun ümumAvropa nüvə silahı ideyasını tənqid ediblər
Fransada genişmiqyaslı etiraz aksiyaları keçiriləcək
Makron Le Penlə Fransa hökumətinin gələcəyini müzakirə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər