KİV: AK ABŞ rüsumlarına cavab olaraq 100 milyard avro dəyərində əlavə tədbirlər hazırlayır
sizinxeber.az xəbər saytı

KİV: AK ABŞ rüsumlarına cavab olaraq 100 milyard avro dəyərində əlavə tədbirlər hazırlayır


Avropa Komissiyası (AK) ABŞ administrasiyasının rüsumlarına cavab olaraq Amerika mallarına qarşı əlavə təxminən 100 milyard avro dəyərində əks tədbirlər hazırlayır.

“Report” xəbər verir ki, bu barədə “Euractive” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yeni tədbirlər paketi daha çox ABŞ ilə danışıqlarda təzyiq vasitəsi kimi nəzərdə tutulub. Qeyd olunur ki, avropalı diplomatlar artıq çərşənbə günü, Avropa İttifaqının (Aİ) ABŞ-yə təklif edə biləcəyi mümkün güzəştlər də daxil olmaqla, Avropa Komissiyasından daha ətraflı məlumat almağı gözləyirlər.

Mənbələrdən biri bildirib ki, 100 milyard avroluq tədbirlər yalnız Aİ-nin ABŞ Prezidenti Donald Trampı Avropa mallarına 20 faizlik rüsum tətbiq etmək planlarından daşındıra bilməyəcəyi halda tətbiq olunacaq.

Daha əvvəl Avropa komissarı Maroş Şefçoviç qeyd etmişdi ki, “dondurulma” ilə bağlı bəyanatlara baxmayaraq, ABŞ artıq Aİ-dən idxalın 70 %-nə illik 380 milyard avro dəyərində rüsumlar tətbiq edib, üstəlik, Vaşinqton onları Avropa ixracının 97 %-nə qədər genişləndirməyə hazırlaşır.

Şefçoviç əlavə edib ki, AK hələlik ABŞ-yə qarşı heç bir cavab tədbiri tətbiq etməyib, çünki o, xoşməramlılıq jesti edib və danışıqlara şans vermək üçün cavab tədbirlərinin tətbiqini 90 gün müddəyinə ertələyib. ABŞ Aİ-nin təklifini rədd edərsə, Şefçoviç məhkəməyə müraciət edəcəklərinə, cavab tədbirləri görüləcəyinə və AK-da mövcud olan bütün vasitələrdən istifadə edəcəyinə söz verib. O, Aİ-nin ticarətin digər ölkələrə istiqamətləndirilməsini nəzərdən keçirdiyini əlavə edərək, ABŞ-nin dünya ticarətinin cəmi 13 %-ni təşkil etdiyini xatırladıb.

Oxşar xəbərlər

Avropa Komissiyası ABŞ-yə qarşı 18 milyard avroluq cavab tədbirləri qəbul edəcək
KİV: Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım paketi hazırlayır
Aİ-nin ABŞ-yə qarşı ilk cavab tədbirləri paketi aprelin 15-də qüvvəyə minəcək
Kanada ABŞ mallarına 105 milyard dollarlıq rüsumun tətbiqinə hazırlaşır
Şefçoviç: ABŞ 2025-ci ildə Aİ mallarından 100 milyard gömrük rüsumu əldə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər