KİV: Fitso son günlərdə bir neçə dəfə iş proqramını ləğv edib
sizinxeber.az xəbər saytı

KİV: Fitso son günlərdə bir neçə dəfə iş proqramını ləğv edib


Bir il əvvəl sui-qəsdə məruz qalmış Slovakiyanın Baş naziri Robert Fitso ötən günlərdə iş proqramını bir neçə dəfə ləğv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Tvnoviny” portalı məlumat yayıb.

Fitso Slovakiyada 1 May bayramı münasibətilə keçirilən tədbirlərdə iştirakdan imtina edib. Onun Böyük Britaniyadakı Oksford Universitetinin tələbələri üçün mühazirəsi də təxirə salınıb. Rəsmi mənbələr hökumət başçısının proqramındakı dəyişikliklərin səbəbləri barədə məlumat vermir.

Portal hesab edir ki, buna səbəb sui-qəsddən sonra Fitsonun səhhətində yaranmış və onun özünün də dəfələrlə qeyd etdiyi ciddi problemlərdir. Baş nazir bu yaxınlarda Slovakiyaya səfər edən Çexiyanın keçmiş Prezidenti Miloş Zemanla televiziya proqramında iştirakdan da imtina edib.

Xatırladaq ki, Fitsoya qarşı sui-qəsd 2024-cü il mayın 15-də Slovakiyanın qərbində yerləşən Handlova şəhərində törədilib. Ona məhkəmə hökmü çıxarılanadək həbsdə saxlanılan yazıçı-təqaüdçü Yuray Tsintula atəş açıb. Baş nazir bir neçə yara alıb, bir sıra əməliyyatlar keçirib və yalnız 2024-cü ilin iyul ayında vəzifə səlahiyyətlərinin icrasına qayıda bilib. Fitso aprelin 10-da əlavə cərrahi əməliyyatlar keçirəcəyi barədə məlumat verib.

Oxşar xəbərlər

Fitso səhhəti ilə bağlı problemlər barədə məlumat verib
Slovakiyanın Baş naziri yenidən əməliyyat olunacaq
Slovakiya Baş nazirinin son durumu açıqlanıb
Fitso: Ukrayna Slovakiya vasitəsilə tranzit qaz alır
Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitso ilə danışıqlar aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle