Fitso səhhəti ilə bağlı problemlər barədə məlumat verib
Ötən il sui-qəsdə cəhdinə məruz qalmış Slovakiyanın Baş naziri Robert Fitso son üç gündə səhhəti ilə bağlı problemlər yaşayıb.
“Report” xəbər verir ki, bu barədə hökumət başçısı sosial şəbəkədə vətəndaşlara müraciətində açıqlayıb.
“Sui-qəsd cəhdi zamanı aldığım yaralar son üç gündə məni narahat edirdi. İş proqramımın bir hissəsini ləğv etməli oldum”, – o söyləyib.
Xatırladaq ki, Fitsoya qarşı sui-qəsd cəhdi ötən ilin mayında Slovakiyanın qərbində yerləşən Handlova şəhərində törədilib. Ona məhkəmə hökmü çıxarılanadək həbsdə saxlanılan yazıçı-təqaüdçü Yuray Sintula atəş açıb. Baş nazir bir neçə yara alıb, bir sıra əməliyyatlar keçirib və yalnız 2024-cü ilin iyul ayında vəzifə səlahiyyətlərinin icrasına qayıda bilib.
Fitso aprelin 10-da əlavə cərrahi əməliyyatlar keçirəcəyi barədə məlumat verib.
Oxşar xəbərlər
Slovakiyanın Baş naziri yenidən əməliyyat olunacaq
Slovakiya Baş nazirinin son durumu açıqlanıb
Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitso ilə danışıqlar aparır
Putinin Slovakiyanın baş naziri ilə görüşünün təfərrüatları bəlli olub
Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitso ilə danışıqlar aparıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













