Husilər İsrail ərazisinə raket zərbəsi endirdiklərini açıqlayıblar
Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailin Hayfa şəhərində yerləşən hədəfə hipersəs ballistik raketlə hücum edib.
“Sizinxeber.az” “Al Masirah” telekanalına istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya bildirib.
“Yəmənin raket qüvvələri hərbi əməliyyat keçirərək işğal olunmuş Hayfa bölgəsində İsrailin kritik obyektini hipersəs ballistik raketlə vurub. Bu, bir neçə saat ərzində ikinci belə əməliyyatdır”, - o deyib.
Daha əvvək husilər İsrailin şimalındakı Ramat David aviabazasına raket zərbəsi endirdiklərini açıqlamışdılar.
İsrail ordusunun mətbuat xidməti hərbçilərin Yəməndən yeni raket buraxılışını qeydə aldığını bildirib. Bu gün səhər saatlarında İsrail ordusu ölkənin hava məkanından kənarda bir raketi “ələ keçirib”.
Oxşar xəbərlər
Husilər İsrailin Nevatim aviabazasına raket zərbəsi endirib
Husilər İsrail aviabazasına ilk dəfə raket hücumu ediblər
Husilər Ben Qurion hava limanına növbəti raket zərbəsi endirib
Husilər Ben-Qurion hava limanına raket zərbələri endirdiklərini bildiriblər
Husilər Təl-Əvivdə bir hədəfə hipersonik raket zərbəsi endirdiklərini iddia ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
