Husilər Təl-Əvivdə bir hədəfə hipersonik raket zərbəsi endirdiklərini iddia ediblər
sizinxeber.az xəbər saytı

Husilər Təl-Əvivdə bir hədəfə hipersonik raket zərbəsi endirdiklərini iddia ediblər


Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri İsrailin Tel-Əvivdəki obyektinə hipersonik ballistik raket atıb.

APA xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya bildirib.

"Yəmən Ordusunun Artilleriya Qüvvələri Yaffa bölgəsində (Təl-Əviv) İsrailin kritik hədəfinə "Fələstin-2" hipersəs ballistik raketi ilə hücum edərək hərbi əməliyyat keçirib. Əməliyyat öz məqsədinə uğurla nail olub", - Saria bildirib.

Bəyanat husilərə məxsus “Al-Masirah” telekanalı tərəfindən yayımlanıb.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Yəməndən atılan raketin zərərsizləşdirildiyini açıqlamışdı.

Ordunun mətbuat xidməti bildirib ki, raket İsrailin hava məkanına daxil olmamışdan əvvəl ələ keçirilib.

Oxşar xəbərlər

Husilər hipersəs raketi ilə Tel-Əviv yaxınlığındakı hədəfi vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Təl-Əvivin yaxınlığında elektrik stansiyasını raketlə vurduqlarını açıqlayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Təl-Əviv və Aşkelon şəhərlərini dronlarla vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Təl-Əviv və Eylat şəhərlərinə zərbələr endiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilər Ben Qurion hava limanına hücum etdiklərini bildirirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər