Bessent: ABŞ resurs sazişi imzalamağa hazırdır, lakin Kiyev dəyişikliklərə çalışır
sizinxeber.az xəbər saytı

Bessent: ABŞ resurs sazişi imzalamağa hazırdır, lakin Kiyev dəyişikliklərə çalışır


ABŞ Ukraynanın resursları ilə bağlı saziş imzalamağa hazırdır, lakin Kiyev ona yeni dəyişikliklər etməyə çalışır.

“Report” xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent ABŞ Prezidenti Donald Trampın Nazirlər Kabinetinin növbəti iclasında çıxışı zamanı deyib.

"Bəli, tərəfimiz imzalamağa hazırdır, lakin ukraynalılar dünən axşam tələsik dəyişikliklər etmək qərarına gəliblər", - Bessent jurnalistin məsələ ilə bağlı sualına cavab verib və Vaşinqtonun bu gün müqaviləni imzalamağa hazır olduğunu izah edib.

O aydınlaşdırıb ki, təklif olunan sazişdən heç bir müddəa çıxarılmayıb: "Bu, həftə sonu razılaşdırdığmız eyni müqavilədir. Bizim tərəfimizdən heç nə dəyişməyib".

Bundan əvvəl baş nazirin birinci müavini Yuliya Sviridenko yaxın 24 saat ərzində Vaşinqtonla təbii sərvətlərlə bağlı saziş imzalana biləcəyini söyləyib.

Oxşar xəbərlər

Tramp: ABŞ-nin Ukraynada mineral hasilatı burada təhlükəsizliyi təmin edəcək
Bessent: Kiyev faydalı qazıntılarla bağlı sazişə düzəlişlərini təklif edib
KİV: Ukrayna ABŞ-la təbii sərvətlərlə bağlı sazişi bu gün imzalaya bilər
Ukraynanın təbii sərvətləri ilə bağlı böyük anlaşma – Zelenski ABŞ-a gedir
Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər