Myanmada zəlzələ qurbanlarının sayı 3,8 min nəfərə çatıb
sizinxeber.az xəbər saytı

Myanmada zəlzələ qurbanlarının sayı 3,8 min nəfərə çatıb


Myanmada dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3,8 min nəfərə çatıb.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə Global New Light of Myanmar qəzeti məlumat verib.

Məlumata görə, 5,1 min nəfər xəsarət alıb, 100-dən çox insan itkin düşmüş hesab olunur.

Myanma yanğınsöndürmə xidmətinin dəstələri yerli və beynəlxalq xilasetmə təşkilatları ilə birlikdə təbii fəlakətdən zərər çəkmiş ərazilərdə insanların axtarışı əməliyyatlarını həyata keçirirlər.

Ölkə ərazisində 28 mart tarixində 8,2 maqnitudalı zəlzələ baş verib. Bunun ardınca 6,4 maqnitudalı təkrar zəlzələ olub.

Oxşar xəbərlər

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3,3 min nəfəri keçib
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 085 nəfərə çatıb
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2,8 min nəfəri keçib
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 700-ü ötüb
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 455 nəfərə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər