KİV: Hindistan Pahalqam hücumundan sonra Pakistandakı terrorçulara zərbələr endirə bilər
Hindistan Pahalqam hücumu ilə əlaqədar Pakistan daxilində şübhəli bilinən terrorçulara zərbələr endirməyi nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "Indian Express" qəzeti Hindistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
"Hərbi zərbə olacaq və biz buna hazırıq. Zərbənin xarakterini müzakirə edirik. 2019-cu ildən silahlarımızı modernləşdirmək üçün bir sıra tədbirlər gördük. Bizim ərazimizdən terrorçulara hücum etmək imkanımız var", - mənbə yazır.
Xatırladaq ki, aprelin 22-də Hindistanın Cammu və Kəşmir nəzarət xəttində atışma baş verib, nəticədə 26 turist həlak olub, daha iyirmiyə yaxın insan yaralanıb. Hindistan hadisəni terror hücumu kimi qiymətləndirib və Pakistanı günahlandırıb.
Oxşar xəbərlər
KİV: Hindistan və Pakistan hərbçiləri arasında atışma olub
KİV: Hindistan-Pakistan sərhədində yenidən atışma baş verib
Pakistan Kəşmirə hücumla bağlı beynəlxalq araşdırmaya çağırır
İƏT Cammu və Kəşmirlə bağlı bəyanat yayıb
Pakistan və Hindistan Kəşmirdəki terror aktından sonra qarşılıqlı sərt tədbirlər görürlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













