Pakistan Kəşmirə hücumla bağlı beynəlxalq araşdırmaya çağırır
Pakistan Cammu və Kəşmirdəki terror aktına qarşı irəli sürülən ittihamları əsassız hesab edərək beynəlxalq araşdırmanın aparılmasını istəyir.
"Report"un məlumatına görə, bunu Pakistan müdafiə naziri Xavaca Asif "RİA Novosti"yə müsahibəsində deyib.
"Pakistanın Baş naziri Şahbaz Şərif bu hadisə ilə bağlı beynəlxalq araşdırma aparılmasını təklif edib. Gəlin, Hindistanda, Kəşmirdə baş verən bu hadisənin günahkarı və icraçısının kim olduğunu öyrənək. Danışıq və ya iddiaların heç bir təsiri yoxdur. Pakistanın bu işə qarışdığına və ya bu insanların Pakistan tərəfindən dəstəklənməsinə dair bəzi dəlillər olmalıdır. Bunlar boş iddialardan başqa bir şey deyil".
Xatırladaq ki, aprelin 22-də Cammu və Kəşmirin sərhəd bölgəsində atışma baş vermişdi. Nəticədə 26 turist həlak olmuş, daha iyirmiyə yaxın insan yaralanmışdı. Hindistan hadisəni terror hücumu kimi qiymətləndirib və Pakistanı günahlandırıb.
Oxşar xəbərlər
KİV: Hindistan və Pakistan hərbçiləri arasında atışma olub
Pakistan və Hindistan Kəşmirdəki terror aktından sonra qarşılıqlı sərt tədbirlər görürlər
KİV: Hindistan-Pakistan sərhədində yenidən atışma baş verib
Pakistanın müdafiə naziri Hindistanla nüvə qarşıdurması riski barədə xəbərdarlıq edib
Pakistanın müdafiə naziri Hindistana xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













