Bloomberg: Harvard 1 mlrd dollar dəyərində aktivlərini satmaq istəyir
Harvard Universiteti ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən bir neçə milyard dollar məbləğində maliyyələşdirmənin bloklanması fonunda 1 milyard dollar dəyərində aktivlərinin satışı ilə bağlı aktiv danışıqlar aparır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik bildirib ki, söhbət təhsil müəssisəsinin özəl fondunun səhm portfelindən gedir. Harvard Universiteti səhmlərin “Lexington Partners” investisiya şirkətinə ötürülməsi üçün “Jefferies Financial Group” ilə işləyir. Mümkün sövdələşmənin şərtləri tam razılaşdırılmayıb və dəyişikliklərə məruz qala bilər.
Universitet səhm portfelinin reallaşdırılması üçün səylərə 2024-cü ildə, Trampın andiçmə mərasimindən əvvəl başlayıb.
Xatırladaq ki, aprelin 15-də Tramp Harvardı siyasi təşkilat kimi qiymətləndirməyi və universitetin vergidən azad statusunu ləğv etməyi təklif etmişdi. Təhsil Nazirliyi Harvard üçün 2,2 milyard dollar məbləğində qrantların və 60 milyon dollar məbləğində uzunmüddətli müqavilələrin dondurulduğunu elan etmişdi.
Oxşar xəbərlər
Harvard Universiteti 1 milyard dollar dəyərində aktivlərini satmaq istəyir
CNN: ABŞ-də Harvard Universitetinin vergi statusunu yenidən nəzərdən keçirməyi planlaşdırırlar
Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verib
KİV: Harvard Tramp administrasiyasını məhkəməyə verib
Tramp Administrasiyası Harvarda ayrılan 2,2 milyard dollarlıq qrantı dondurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













