Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verib
sizinxeber.az xəbər saytı

Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verib


ABŞ-ın nüfuzlu Harvard Universiteti Donald Trampın administrasiyasını məhkəməyə verib.

Sizinxeber.az xəbər verir ki, bu barədə "The Harvard Crimson" tələbə qəzeti məlumat yayıb.

Bildirilib ki, buna səbəb universitetin milyardlarla dollar dəyərində maliyyə vəsaitindən məhrum edilməsi olub.

Universitet ABŞ hökumətini konstitusiyaya zidd və qanunsuz kampaniya aparmaqda ittiham edir.

Məhkəmə iddiasında bildirilir ki, bu kampaniya Harvardın konstitusion hüquqlarını müdafiə etdiyi üçün ona qarşı "cəza tədbiri" kimi həyata keçirilib.

Harvard 2,2 milyard dollar məbləğində vəsaitin dondurulmasının qeyri-qanuni hesab olunmasını və bu qərarın ləğvini tələb edir.

Universitet hesab edir ki, bu maliyyələşmədən imtina Harvardı öz idarəetmə sistemini dəyişməyə, akademik proqramlarını və işə qəbul qaydalarını yenidən nəzərdən keçirməyə məcbur etmək məqsədi daşıyır.

Oxşar xəbərlər

CNN: ABŞ-də Harvard Universitetinin vergi statusunu yenidən nəzərdən keçirməyi planlaşdırırlar
Harvard: "Tramp administrasiyasının tələbləri təsadüfən göndərilməyib”
KİV: Tramp Harvardın daha 1 milyard dollar kəsmək niyyətindədir
KİV: Tramp Harvardın daha 1 milyard dollarını kəsmək niyyətindədir
Tramp Administrasiyası Harvarda ayrılan 2,2 milyard dollarlıq qrantı dondurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər