Papa Fransiskin dəfn olunacağı kilsənin qarşısında dəfn mərasimi keçirilib
Roma Papasının aprelin 26-da dəfn olunacağı Böyük Məryəm Kilsəsinin (Santa Mariya Madgore) qarşısında Fransiskin anım mərasimi keçirilib.
"Sizinxeber.az"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, mərasimə Vatikanın dövlət katibi kardinal Pyetro Parolin başçılıq edib.
O qeyd edib ki, Fransisk dualarında özünü Məryəmin himayəsinə həvalə edir. Bundan əvvəl Müqəddəs Pyotr meydanında bir gün əvvəl olduğu kimi daha bir dua oxunub.
Papa ilə vidalaşmaq istəyənlər Romaya gəlməyə başlayıb. Onun tabutdakı nəşi çərşənbə günü ziyarətçilərin həmin gün və cümə axşamı günləri də daxil olmaqla üç gün ərzində gecə yarısına qədər ziyarət edə biləcəyi Müqəddəs Pyotr meydanında nümayiş etdiriləcək.
İtaliyanın paytaxtında təhlükəsizlik tədbirləri xeyli artırılıb. Müqəddəs Pyotr meydanı və nəqliyyat qovşaqları xüsusi nəzarətə götürülüb. Səmada uçuşa qadağa zonası elan edilib, PUA-nın ələ keçirmə sistemi işə salınıb.
Şənbə günü Romaya 170 xarici nümayəndə heyətinin gəlməsi gözlənilir.
Oxşar xəbərlər
Fransisklə vida mərasimi aprelin 23-də müqəddəs Pyotr kilsəsində keçirilə bilər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Roma Papasının dəfn mərasimində iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Roma Papası xəstəlikdən sonra ilk dəfə Müqəddəs Pyotr meydanında görünüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Romas Papası xəstəlikdən sonra ilk dəfə Müqəddəs Pyotr meydanında görünüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vatikan Papa Fransiskin ölümünün rəsmi səbəbini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












