ÜST rəhbəri: ABŞ-nin maliyyəsinin kəsilməsi səbəbindən təşkilatda ixtisarlar olub
sizinxeber.az xəbər saytı

ÜST rəhbəri: ABŞ-nin maliyyəsinin kəsilməsi səbəbindən təşkilatda ixtisarlar olub


ABŞ tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsinin azaldılması nəticəsində təşkilatın büdcəsi kəsir vəziyyətinə düşüb. Bu səbəbdən ÜST bəzi proqramlarını ixtisar etməyə və işçiləri işdən çıxarmağa məcbur olub.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presses” (AFP) agentliyi təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusa istinadən məlumat yayıb.

"ABŞ-nin 2024 və 2025-ci illər üçün qiymətləndirilmiş üzvlüklərdən imtinası və bəzi digər ölkələrin rəsmi inkişaf yardımının kəsilməsi o deməkdir ki, biz 2026-2027-ci illər üçün 560 milyon dollardan 650 milyon dollara qədər əmək haqqı çatışmazlığı ilə üzləşmişik", - AFP ÜST rəhbərindən sitat gətirib.

Oxşar xəbərlər

ÜST maliyyə çatışmazlığı səbəbindən işə qəbulu dayandırıb
ÜST-nin baş direktoru Azərbaycanda səfərdədir
“Ford” Avropada 4 min iş yerini ixtisar edəcək
Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Azərbaycanda səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle