Pentaqon rəhbəri məxfi məlumatları “Signal”da paylaşıb
sizinxeber.az xəbər saytı

Pentaqon rəhbəri məxfi məlumatları “Signal”da paylaşıb


Pentaqon rəhbəri Pit Heqset həyat yoldaşı, qardaşı və vəkilinin də daxil olduğu “Signal” mesencerinə ABŞ-nin Yəmənə zərbələri ilə bağlı ətraflı məlumat göndərib.

“Report” xəbər verir ki, bu barədə “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pit martın 15-də Pentaqon əməkdaşı olmayan həyat yoldaşı Cennifer, qardaşı Fil və orduda işləyən şəxsi vəkili Tim Parlatore ilə söhbətində husi syançılarının mövqelərinə zərbələr endirən “F/A-18 Hornet” döyüş təyyarələrinin uçuş cədvəlini paylaşıb.

Qrup Pentaqon rəhbəri tərəfindən şəxsən yaradılıb və orada həyat yoldaşından əlavə Heqsetin yaxın çevrəsindən olan 10-a yaxın adam, o cümlədən məlumat sızması səbəbindən işdən çıxarılan iki məmur da olub və “Müdafiə | Komandanın görüşü” adlandırılıb.

Üstəlik, Amerika hərbi idarəsinin rəisi çatda ünsiyyət qurmaq üçün iş telefonundan deyil, şəxsi telefonundan istifadə edib. Qəzetin yazdığına görə, söhbətdə adətən təşkilati və inzibati məsələlərlə bağlı məlumatlar müzakirə olunub.

Oxşar xəbərlər

Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb
Pentaqon rəhbəri 11 sentyabr hücumlarının təşkilatçıları ilə razılaşmadan imtina edib
Pentaqon ABŞ-nin Çini cilovlamaq üçün əsas müttəfiqini açıqlayıb
Pentaqon ABŞ-Çin münaqişəsinin ağır nəticələri ilə bağlı xəbərdarlıq edib
Pentaqon yeni qüvvələrin Yaxın Şərqə göndərilməsi variantını nəzərdən keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər