Rubio Dövlət Departamentində köklü dəyişikliklərin edilməsi ilə bağlı məlumatı təkzib edib
sizinxeber.az xəbər saytı

Rubio Dövlət Departamentində köklü dəyişikliklərin edilməsi ilə bağlı məlumatı təkzib edib


ABŞ dövlət katibi Marko Rubio ölkə mətbuatında Ağ Evin Dövlət Departamentinin strukturunu yenidən təşkil etmək planları barədə yayılan məlumatları saxta adlandırıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə diplomat “X” hesabında yazıb.

Onun sözlərinə görə, “New York Times” daha bir saxtakarlığın qurbanı olub.

Qeyd edək ki, qəzetin məqaləsində Ağ Evin Dövlət Departamentinin işçilərini kəskin şəkildə ixtisar etmək planlarından bəhs edilib. Dərc edilən materialda ABŞ-nin Afrikadakı fəaliyyətinə nəzarət edən işçilərin vəzifəsindən azad edilməsi, BMT ilə qarşılıqlı əlaqədə olan Beynəlxalq Təşkilatlar Bürosunun ləğvi və Kanadada diplomatik əməliyyatların azaldılması barədə də danışılıb.

Oxşar xəbərlər

KİV: Tramp Dövlət Departamentinin Afrikadakı fəaliyyətini azaltmaq üçün fərman imzalaya bilər
Rubio ABŞ-yə qanunsuz miqrant axınının azaldılmasına görə Meksikaya təşəkkür edib
Marko Rubio: ABŞ NATO-da qalacaq
Rubionun Səudiyyə Ərəbistanına səfər edəcəyini təsdiqlənib
ABŞ dövlət katibi aprelin 16-18-də Parisdə Aİ nümayəndələri ilə Ukrayna məsələsini müzakirə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər