Tramp administrasiyası Harvarddan xarici maliyyələşdirmə ilə bağlı məlumatlar tələb edib
sizinxeber.az xəbər saytı

Tramp administrasiyası Harvarddan xarici maliyyələşdirmə ilə bağlı məlumatlar tələb edib


ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetindən son onillikdə xaricdən maliyyələşməsi, eləcə də məktəbin bəzi beynəlxalq əlaqələri haqqında məlumat verməsini istədiyini açıqlayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu tələb hökumətin ABŞ-nin aparıcı universitetlərindən birinə qarşı son təzyiq dalğasının tərkib hissəsi olub.

Məlumata görə, Tramp administrasiyası universitet şəhərciyində fələstinyönümlü etirazlara cavab olaraq və belə desək, “mədəniyyət müharibəsi” kontekstində bir sıra nüfuzlu təhsil müəssisələrinə, o cümlədən də Harvard Universitetinə qarşı geniş şəkildə tənqid kampaniyasına başlayıb.

ABŞ qanunlarına görə, ali təhsil müəssisələri ildə 250 min dolları keçən xarici mənbələrdən gələn ianələr barədə hesabat verməlidirlər.

ABŞ Təhsil Nazirliyi Harvardın prezidenti vəzifəsini icra edən Alan Qarberə göndərdiyi məktubda universitetin 2014-2019-cu illər arasında bu cür ianələrlə bağlı natamam və qeyri-dəqiq məlumat verdiyini bildirib.

“Sənədlərin təqdim olunması tələbi Tramp administrasiyasının Harvardın xarici strukturların təsir obyekti olmamasına və onların dediklərini etməməsinə yönəlmiş ilk addımıdır”, - təhsil naziri Linda Makmahon söyləyib.

Oxşar xəbərlər

Tramp Administrasiyası Harvarda ayrılan 2,2 milyard dollarlıq qrantı dondurub
CNN: ABŞ-də Harvard Universitetinin vergi statusunu yenidən nəzərdən keçirməyi planlaşdırırlar
Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır
Tramp administrasiyası ukraynalıları ABŞ-də müvəqqəti yaşamaq hüququndan məhrum edə bilər
Si Szinpin Çinin Tramp administrasiyası ilə işləməyə hazır olduğunu açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər