Fransada naməlum şəxslər bir neçə həbsxanaya hücum ediblər
Aprelin 15-nə keçən gecə Fransada bir neçə həbsxana hücuma məruz qalıb.
“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, Fransanın cənubunda yerləşən Tulon, Eks-an-Provans, Marsel, Valans və Nim, həmçinin Parisin yaxınlığındakı Vilpent və Nanter həbsxanaları hücuma məruz qalıb.
Naməlum şəxslər Tulon həbsxanasını avtomat silahlarla atəşə tutub, həmçinin ölkə boyunca digər həbsxanaların yaxınlığındakı avtomobilləri yandırıb, işçi heyətinə hədə-qorxu gəliblər. Hələlik hücumların bir-biri ilə əlaqəli olub-olmadığı və kim tərəfindən həyata keçirildiyi məlum deyil.
Fransanın ədliyyə naziri Jerald Darmanen həbsxanalarda təhlükəsizliyin gücləndirilməsi üçün bir sıra tədbirlər təklif edib.
Daxili işlər naziri Bruno Retayo isə yerli prefektlərə, həmçinin polis və jandarmaya həbsxana heyətinin müdafiəsini dərhal gücləndirməyi tapşırdığını bildirib.
"Dövlətin reaksiyası amansız olmalıdır. Həbsxanalara və həbsxana işçilərinə hücum edənlər elə bu həbsxanalarda ciddi nəzarət altında qalmalıdırlar", - “X” hesabında yazıb.
Oxşar xəbərlər
KİV: Əfqanıstanda Hindistan konsulluğunun əməkdaşı hücuma məruz qalıb
Fransanın telekommunikasiya operatorları hücuma məruz qalıb
Fransada cinayətkarlığın səviyyəsi kəskin artıb, məhbusların saxlanılması üçün yerlər çatışmır
Fransada terror təhlükəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib
Fransada antisemitizm halları üç dəfə artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













