Fransanın telekommunikasiya operatorları hücuma məruz qalıb
sizinxeber.az xəbər saytı

Fransanın telekommunikasiya operatorları hücuma məruz qalıb


Fransanın telekommunikasiya operatorları hücuma məruz qalıb.

APA DW-yə istinadən xəbər verir ki, bu barədə Fransa polisi məlumat yayıb.
Polisin məlumatına görə, Fransanın altı ərazisində bir neçə operatorun fiber optik şəbəkələri "sabotaj edilib", lakin bunun hazırda olimpiya oyunlarına ev sahibliyi edən paytaxt Parisə təsiri olmayıb.
"Le Parisien" qəzeti və BFM TV-nin xəbərinə görə, Fransanın SFR və "Bouygues Telecom" telekommunikasiya şirkətlərinə məxsus qurğular vandalizm aktına məruz qalıb. Belə ki, Fransanın cənubunda kabellər kəsilib, Paris və Lüksemburq yaxınlığındakı qurğular sabotaj edilib.


Xatırladaq ki, ötən həftə də naməlum şəxslər Fransanın yüksək sürətli qatar şəbəkəsini hədəf almışdı və bu insidentlə bağlı bu gün səhər bir nəfər həbs olunub.

Oxşar xəbərlər

Fransanın 6 bölgəsində fiber-optik şəbəkələr sabotaj edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Altıqat Fransa çempionu "Bordo" üçüncü diviziona göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın şərqində hava limanı təhlükəsizlik səbəbindən boşaldılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa polisi Olimpiya Oyunlarında terror aktı planlaşdıran şəxsi saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə Fransanın casus şəbəkəsi ifşa edilib, 3 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər