Fransada terror təhlükəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib
sizinxeber.az xəbər saytı

Fransada terror təhlükəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib


Fransanın daxili işlər və xarici ərazilər naziri Bruno Retayo hüquq-mühafizə orqanlarına terror hücumları təhlükəsi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

“Terror təhlükəsinin artdığını nəzərə alaraq, kütləvi mədəniyyət, idman və ya əyləncə tədbirləri zamanı ayıq-sayıqlığın maksimum dərəcədə artırılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırıram”, - agentlik nazirin sözlərindən sitat gətirib.

Retayo xatırladıb ki, Almaniya və ABŞ-də baş verən son terror aktları vəziyyətin ciddiliyini göstərir.

Oxşar xəbərlər

Fransa DİN başçısı terror təhlükəsinə görə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə göstəriş verib
Serbiya səfirlikləri terror təhlükəsi ilə üz-üzədir
Yunanıstan yəhudi hədəflərinə mümkün terror hücumlarından narahatdır
Serbiyada terror təhlükəsi ilə əlaqədar qırmızı həyəcan elan edib
Norveçdə terror təhlükəsi səviyyəsi artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər