KİV: İsrail ABŞ-ni İranla bağlı məsələnin güc ssenarisi ilə həllinə doğru itələyir
İsrail ABŞ Prezidenti Donald Trampın administrasiyasının İranla nüvə proqramı üzrə danışıqların uğursuzluğu halında məsələnin həlli üçün hərbi ssenarini düşünməsində israr edir.
“Report” xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Portalın mənbələrinin məlumatına görə, Ağ ev rəhbərinin xüsusi nümayəndəsi Stiven Uitkoff Omanın paytaxtı Məsqətdə İran rəsmiləri ilə danışıqların birinci raundunun nəticələri barədə İsrailin strateji planlaşdırma naziri Ron Dermerə məlumat verib.
“Axios”un yazdığına görə, İsrail İran nüvə proqramı üzrə saziş bağlanması ehtimalına “çox skeptik” yanaşır. Tehran öz növbəsində Vaşinqtonun 2018-ci ildə etdiyi kimi, yenidən proqramdan çıxa biləcəyi ilə bağlı narahatlığını ifadə edib.
Mənbələr bildiriblər ki, Uitkoff həmçinin danışıqların birinci mərhələsini Körfəz ölkələrinin rəsmiləri ilə müzakirə edib, İranın xarici işlər naziri Abbas Araqçi isə onların nəticələri barədə Qətər, Küveyt və Misirdəki həmkarlarına məlumat verib.
Oxşar xəbərlər
KİV: Tramp İranla sövdələşmə naminə güzəştə gedə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Uitkoff: İran-ABŞ danışıqları çox müsbət və konstruktiv olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Axios: ABŞ və İran arasında ikinci danışıqlar raundunun Romada keçirilməsi mümkündür [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və İran bu gün nüvə danışıqları aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Araqçi ilə Trampın xüsusi nümayəndəsi Oman görüşünə rəhbərlik edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












