Axios: ABŞ və İran arasında ikinci danışıqlar raundunun Romada keçirilməsi mümkündür
sizinxeber.az xəbər saytı

Axios: ABŞ və İran arasında ikinci danışıqlar raundunun Romada keçirilməsi mümkündür


ABŞ və İran arasında nüvə məsələsi ilə bağlı növbəti danışıqlar raundu İtaliyanın paytaxtında keçirilə bilər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, amerikalı və iranlı rəsmilərin görüşü, Omandakı Məsqətdə keçirilən birbaşa olmayan danışıqlardan fərqli olaraq, şəxsi formatda bir otaqda keçirilə bilər. Portala görə, Oman vasitəçiləri də görüşdə iştirak edə bilərlər.

“Axios” qeyd edib ki, ABŞ və İran rəsmilərinin ikinci görüşündən əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İslam Respublikasının nüvə obyektlərində monitorinq və yoxlama prosedurlarını müzakirə etmək üçün Tehrana səfər edəcək.

Oxşar xəbərlər

Axios: İran ABŞ-la müvəqqəti nüvə sazişi imzalamağı düşünür [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran ABŞ ilə birbaşa danışıqların mümkünlüyü barədə məlumatı təkzib edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA-nın baş direktoru: İranın nüvə silahı hazırladığına dair sübut yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA rəsmisi: İran apreldə on nüvə başlığı əldə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA-nın baş direktoru İrana gedəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər