KİV: Fransa biznesi ABŞ-nin rüsumlarına görə yüz milyonlarla avro itirə bilər
sizinxeber.az xəbər saytı

KİV: Fransa biznesi ABŞ-nin rüsumlarına görə yüz milyonlarla avro itirə bilər


Fransa biznesi ABŞ Prezidenti Donald Trampın Paris iqtisadiyyatının transatlantik ixracla əlaqəli bir sıra sektorlarına zərbə vuracaq “böyük ticari hücumundan” narahatdır.

“Report” xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

RMC kanalı qeyd edir ki, bu sektorların məhsullarına ABŞ Prezidentinin çərşənbə günü elan etdiyi 20 faizlik tariflər tətbiq edilə bilər.

Fransa gömrüyünün məlumatına görə, ABŞ Fransa üçün Almaniya, İtaliya və Belçikadan sonra dördüncü ən böyük ixrac bazarıdır. ABŞ-nin Fransaya idxalı 2024-cü ildə 52,7 milyard avro təşkil edib, lakin bəzi sektorlar Vaşinqtonun atdığı addımlardan zərər çəkə bilər.

Belə ki, yeni rüsumlar Fransanın aviasiya sənayesinə təsir edəcək. Bu, ABŞ-yə ixracın beşdə birini təşkil edir. 2024-cü ildə Fransa ABŞ-yə “təyyarə və kosmik gəmilər” kateqoriyasında 9 milyard avro dəyərində mal ixrac edib.

Ən çox narahat olanlar isə Fransanən şərab və spirtli içki istehsalçılarıdır. Sahə yeni rüsumlar səbəbindən ixracatda 800 milyon avroya qədər itirəcəyindən çəkinir. Fransa Şərab və Spirtli İçki İxracatçıları Federasiyası cümə axşamı yaydığı bəyanatda ABŞ-nin idxal olunan məhsullara 20 % rüsum tətbiq etmə qərarının Fransanın şərab və spirtli içkilər sektoru üçün son dərəcə ciddi nəticələrə səbəb olacağını, habelə Amerika idxalçıları, topdansatış və pərakəndə satışçılarına da çox mənfi təsir göstərəcəyini bildirib.

Oxşar xəbərlər

Almaniya 2024-cü ildə 13,3 milyard avroluq silah ixrac edib
Fransa dövlət borcunu qaytarmaqda çətinliklə üzləşib, şirkətlərin vergisi artırılacaq
Fransa hökuməti vergilərin artırılması ilə bağlı 53 milyard avroluq tədbirlər hazırlayır
Aİ İtaliya, Sloveniya, Avstriya, Yunanıstan və Fransa üçün 1 milyard avro vəsait ayıra bilər
KİV: Fransa, Almaniya və Polşa XİN başçıları Trampın andiçməsindən sonra ABŞ-yə səfər edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər