KİV: Fransa, Almaniya və Polşa XİN başçıları Trampın andiçməsindən sonra ABŞ-yə səfər edəcəklər
sizinxeber.az xəbər saytı

KİV: Fransa, Almaniya və Polşa XİN başçıları Trampın andiçməsindən sonra ABŞ-yə səfər edəcəklər


Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri Annalena Berbok, Jan-Noel Barro və Radoslav Sikorski ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra Vaşinqtona səfər etməyi planlaşdırırlar.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Politico” üç avropalı diplomata istinadən məlumat yayıb.

“Xarici siyasət idarələrinin rəhbərləri bununla Avropanın birliyini nümayiş etdirmək istəyirlər”, - qəzetin müsahibləri bildiriblər.

Səfərin tarixi hələ təsdiqlənməyib, detalları isə müzakirə olunur. Agentliyin məlumatına görə, Almaniya, Fransa və Polşa XİN başçılarını Avropa diplomatiyasının rəhbəri Kaya Kallas müşayiət edə bilər.

Oxşar xəbərlər

Almaniya XİN: Ukraynaya hərbçilərimizin göndəriləcəyini istisna etmirik
Avropa XİN başçıları Berlində Suriyadakı vəziyyəti müzakirə edəcəklər
Polşa ilə Almaniya arasında vəziyyət gərginləşib
Almaniya və Fransa XİN başçıları Dəməşqdə Suriya lideri ilə görüşüblər - YENİLƏNİB
Polşa, Fransa, Almaniya Gürcüstan rəsmiləri üçün vizasız gediş-gəlişi ləğv etmək niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər