Politoloq: "Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin fəal inkişafına kömək edir"
sizinxeber.az xəbər saytı

Politoloq: "Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin fəal inkişafına kömək edir"


Mövcud geosiyasi vəziyyət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) fəal inkişafına kömək edir.

Bunu “Report”a açıqlamasında qazaxıstanlı politoloq Talqat Kaliyev bildirib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna arasındakı müharibə, eləcə də ABŞ-nin ticarət siyasəti Çin və Avropa İttifaqı arasında ticarət əlaqələrinin inkişafını sürətləndirir: “Bu isə TBNM-in əhəmiyyətini artırır”.

Ekspert qeyd edib ki, bu gün Çindən Avropaya yüklərin çatdırılması təxminən iki həftə çəkir, lakin infrastrukturun inkişafı və marşrutun rəqəmsallaşdırılması bu müddəti azaltmağa imkan verəcək: "Hazırda malların Şərqdən Qərbə daşınması 14 gün çəkir. Lakin marşrut boyunca çay və dəniz limanlarının tutumunun genişləndirilməsi, eləcə də rəqəmsal həllərin tətbiqi prosesi daha da sürətləndirməyə kömək edəcək".

T.Kaliyev vurğulayıb ki, marşruta artan maraq onun modernləşdirilməsi üçün maliyyələşdirmənin cəlb edilməsinə səbəb olacaq: "Söhbət 27-30 milyard ABŞ dolları məbləğdən gedir. Bu, astronomik olmasa da, böyük məbləğdir".

O əlavə edib ki, bu məsələ Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Avropa İttifaqı-Mərkəzi Asiya sammitində əsas müzakirələrdən biri olacaq.

Oxşar xəbərlər

Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
TBNM Beynəlxalq Assosiasiyasına üzvlük haqlarının məbləğləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TBNM-in baş katibi: “Orta Dəhliz çərçivəsində vahid rəqəmsal platforma yaradılır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokayev: "TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan hökuməti: Cənub-Şərqi Asiya, Fars körfəzi və Avropa ölkələri TBNM-in inkişafında maraqlıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər