Litva ABŞ rüsumlarından zərərçəkənlərə 20 milyon avro kompensasiya ödəyəcək
Litva ABŞ-nin tətbiq etdiyi rüsumlardan zərər çəkən və onunla ticarət edən müəssisələrə qismən kompensasiya ödəməyi planlaşdırır.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat və İnnovasiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ilk yardım paketi təxminən 20 milyon avro təşkil edəcək.
Nazirlik qeyd edib ki, Litvanın ümumi ixracının 6,8 %-i ABŞ-nin payına düşür. 2024-cü ildə Litvanın bu ölkəyə ixracının həcmi ilkin olaraq 1,6 milyard avro qiymətləndirilir. ABŞ ilə ticarəti 1,041 min Litva şirkəti həyata keçirir.
Litva İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə görə, ABŞ-nin rüsumlarının elan edilmiş səviyyədə 3-4 il ərzində saxlanılması ölkənin ÜDM-nin 0,65 % azalmasına səbəb ola bilər.
Oxşar xəbərlər
Litva Ukraynaya 4 500 PUA göndərəcək
Litva Ukraynaya 5 milyon avro dəyərində PUA verib
Litva ikili təyinatlı məhsulların ixracına qadağaya görə ildə 250 milyon avro itirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
