Fitso: Ukrayna üzərindən qaz tranzitinin bərpası Avropada qiymətləri aşağı salacaq
Avropa ölkələrində qazın qiyməti yalnız qazın Ukrayna ərazisindən tranzitinin bərpa olunacağı təqdirdə azalacaq.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
“Əgər nəsə Avropada qazın qiymətinin azalmasına gətirib çıxaracaqsa, bu, yalnız Ukrayna ərazisindən tranzitin bərpası və onun Ukrayna ərazisindən və Slovakiyadan keçərək Qərbi Avropaya idxalı olacaq”, - o deyib.
Fitsonun sözlərinə görə, Kiyevin Avropa İttifaqına qaz nəqlini dayandırmaq qərarının ləğvi qazın qiymətinin demək olar yarıbayarı enməsini, hər MVt/saat üçün 25 avroya qədər azaldılmasını təmin edəcək.
O vurğulayıb ki, Slovakiya Rusiya qazının Ukrayna ərazisindən tranzitindən böyük gəlir əldə edən ölkədir.
Qeyd edək ki, Bratislava qaz nəqlini dayandırdıqdan sonra əhəmiyyətli itkilərə məruz qalır və bu növ enerji xammalının əldə edilməsinin ənənəvi üsulunu bərpa etməyə çalışacaq. Onun sözlərinə görə, ölkə rəhbərliyi tranzitin bərpası üçün əlindən gələni edəcək.
Oxşar xəbərlər
Slovakiyanın Baş naziri Avropa Komissiyası ilə qaz tranzitinə dair müzakirələr aparacaq
Orban: Macarıstan Rusiya qazının Ukrayna üzərindən tranzitinin saxlanması variantlarını müzakirə edir
Fitso: Ukrayna Slovakiya vasitəsilə tranzit qaz alır
Putin: Ukrayna Rusiya qazının tranzitini bağlamaqla Avropanı cəzalandırır
Putin: Rusiya Ukrayna ərazisindən qazın tranzitindən imtina etmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













