Yaponiya Sakit Okeanda müşahidəni dronlarla gücləndirəcək
Yaponiya hökuməti Sakit Okeanda müşahidəni gücləndirmək üçün erkən xəbərdarlıq radarlarına malik pilotsuz uçuş aparatlarının yerləşdirilməsi imkanlarını araşdırır.
"Report" xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, söhbət 2027-ci ilə qədər Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinə təhvil verilməsi planlaşdırılan Amerikanın "MQ-9B Sea Guardian" dronlarından gedir.
"MQ-9B Sea Guardian" uzun müddət davamlı uçuş aparır və təxminən 4900 km məsafə qət edir. Dronların İvodzima və Minamitori adalarında yerləşməsi gözlənilir.
Qəzet qeyd edir ki, Tokio Sakit Okeanda gücləndirilmiş monitorinqə ehtiyacı Çinin regionda artan fəaliyyəti ilə əlaqələndirir. Müvafiq müddəaların Yaponiyanın ilin sonuna qədər tamamlamağı planlaşdırdığı yenilənmiş milli təhlükəsizlik sənədlərində əks olunacağı gözlənilir.
Oxşar xəbərlər
ABŞ Müdafiə Nazirliyi Sakit okeanda təlimlərini genişləndirməyi planlaşdırır
Sakit Okeanda güclü zəlzələ ilə əlaqədar Yaponiya və Havayın sahilyanı bölgələrindən insanların təxliyəsi elan edilib
Sakit okeanda 3000 avtomobil daşıyan yük gəmisi yanıb
Sakit okeanda Tonqa adaları yaxınlığında 7,3 maqnitudalı zəlzələ olub
KİV: Kiyev Sakit okeanda Rusiya gəmilərinə hücum etməyi planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
