CNN: Bayden dövründə təqib olunanlara kompensasiya ödənilə bilər
sizinxeber.az xəbər saytı

CNN: Bayden dövründə təqib olunanlara kompensasiya ödənilə bilər


Tramp administrasiyası, Cozef Baydenin də daxil olduğu əvvəlki administrasiyalar dövründə siyasi motivli təqiblərə məruz qalan vətəndaşlara kompensasiya ödəmək üçün 1,8 milyard dollarlıq fond yaratmaq imkanlarını araşdırır.

"Sizinxeber.az" "CNN"ə istinadən xəbər verir ki, təşəbbüs, Amerika liderinin Daxili Gəlir Xidmətinə qarşı 10 milyard dollarlıq iddiasını həll etmək üçün Trampın vəkilləri ilə ABŞ Ədliyyə Nazirliyi arasında aparılan danışıqların bir hissəsi olaraq müzakirə olunur.

Kanalın mənbələrinə görə, fond, təşəbbüs tərəfdarlarının fikrincə, Bayden dövründə ABŞ Ədliyyə Nazirliyi tərəfindən səhvən hədəfə alınan şəxslər üçün nəzərdə tutula bilər. Quruluşun "Prezident Donald Trampın rəhbərliyindəki Həqiqət və Ədalət Komissiyası" adlandırılacağı gözlənilir.

Kanal qeyd edir ki, mümkün razılaşmanın son şərtləri hələlik dəqiqləşdirilməyib. Lakin, fondun yaradılması ilə bağlı elan bu həftənin əvvəlində verilə bilər.

Oxşar xəbərlər

KİV: Tramp dondurulmuş 5 milyard dollarlıq Rusiya aktivlərini Ukraynaya verə bilər
Mask: ABŞ büdcəsi Bayden dövründə 500 milyard dollar itirib
KİV: Bayden səlahiyyət müddəti bitməmiş Trampın bəyənmədiyi şəxsləri əfv edə bilər
Politico: Bayden Trampın andiçməsinədək Ukraynaya silah üçün 6 milyard dollar xərcləməyi planlaşdırır
Bayden Administrasiyası Ukraynaya 1,25 milyard dollarlıq silah paketi ayıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər