Gürcüstan Prezidenti “Xarici agentlər haqqında” qanunu imzalayıb
Gürcüstan Prezidenti Mixail Kavelaşvili ABŞ-nin FARA qanununa bənzər “Xarici agentlər haqqında” qanunu imzalayıb.
“Sizinxeber.az” xəbər verir ki, qanun Gürcüstanın Qanunvericilik Bülletenin rəsmi portalında dərc olunub.
Daha əvvəl parlament bu qanunu üçüncü və yekun oxunuşda qəbul etmişdi. Qeyd olunur ki, qanun dərc edildiyi gündən sonrakı 60-cı gündə qüvvəyə minir.
Qeyd edək ki, fevralın əvvəlində hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası xarici agentlərlə bağlı ABŞ-nin FARA (Foreign Agents Registration Act) xarici agentlərin qeydiyyatına bənzər qanun qəbul edəcəyini bəyan etmişdi. Partiya liderlərinin bəyanatlarına görə, onlar yeni qanunun əsas məqsədi ölkədə inqilabi prosesləri dəstəkləmək olan qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşməsinə qarşı mübarizədə ötən ilin mayında qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanundan daha effektiv olacağını gözləyirlər.
Gürcüstandakı qanun, Amerika qanunundan fərqli olaraq, fiziki şəxslərə şamil edilmir və yalnız illik gəlir vergisi bəyannaməsi təqdim edilməməsinə görə cərimə nəzərdə tutur. Amerika qanunları isə 5 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Yeni qanunun icrasına Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu nəzarət edəcək.
Oxşar xəbərlər
Gürcüstan parlamenti “Xarici agentlər haqqında" qanunu təsdiqləyib
Gürcüstanda xarici agentlər haqqında yeni qanun layihəsi hazırlayır
ABŞ Senatının rəsmisi: “Gürcü arzusu” Avropaya inteqrasiyadan uzaqlaşıb
Salome Zurabişvili "xarici agentlər" haqqında qanuna veto qoyacaq
Kobaxidze: ABŞ-də FARA-nın yumşaldılması "dərin dövlət" və Gürcüstan faktoru ilə bağlıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













