Gürcüstan parlamenti “Xarici agentlər haqqında" qanunu təsdiqləyib
Gürcüstan parlamenti “Xarici agentlər haqqında" qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, qanunun lehinə 86 deputat səs verib.
Sənəd prezident tərəfindən imzalandıqdan və ölkənin qanunverici orqanının rəsmi saytında dərc edildikdən sonra qüvvəyə minəcək.
Sənəd ABŞ-nin FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) modelinə əsaslanır.
Xatırladaq ki, sənəd Gürcüstanda böyük ictimai etirazlara səbəb olub. Müxalifət və vətəndaş cəmiyyəti qanunun söz və media azadlığını məhdudlaşdıracağını iddia edir. Hakimiyyət isə bildirir ki, sənəd şəffaflığın artırılmasına və xaricdən maliyyələşən təşkilatların hesabatlılığının təmin olunmasına xidmət edir.
Oxşar xəbərlər
Gürcüstan parlamenti Xarici Təsir haqqında Qanunu qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
