Banqkokda zəlzələ nəticəsində uçan binanın dağıntıları altında ən azı 43 fəhlə qalıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Banqkokda zəlzələ nəticəsində uçan binanın dağıntıları altında ən azı 43 fəhlə qalıb - YENİLƏNİB


Banqkokda uçmuş binanın dağıntıları altında ən azı 43 fəhlə qalıb.

“Report”un məlumatına görə, bu barədə TASS xəbər verib.

Bundan başqa, şəhərdə çoxmərtəbəli binaların sakinlərinin təxliyəsi elan edilib. 

AFP-nin məlumatına görə, Tailand hakimiyyəti güclü zəlzələdən sonra Banqkokda fövqəladə vəziyyət rejimi elan edib.

Bildirilib ki, yeraltı və yerüstü metro fəaliyyətini dayandırıb.

11.48

Banqkokda zəlzələ nəticəsində tikilməkdə olan bina uçub.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, əraziyə yaxın digər çoxmərtəbəli binaların sakinlərinin təxliyəsinə başlanılıb. Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 13:20-də başlayıb və təxminən 10 dəqiqə davam edib.

"Khaosod” qəzeti isə bildirib ki, Myanmada Rixter şkalası ilə 7,4 bal gücündə zəlzələ baş verib. Onun episentri Tailandın Ratçaburi əyalətinin yaxınlığında yerləşib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Myanmada baş verən zəlzələnin maqnitudası 7,7 təşkil edib.

Ümumilikdə hadisə nəticəsində xəsarət alan və ya ölənlərlə bağlı hələlik məlumat yoxdur. 

Oxşar xəbərlər

Banqkokda zəlzələ nəticəsində bina uçub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqkokda hoteldə yanğın baş verib, üç turist ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada yenidən zəlzələ olub, dağıntılar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndoneziya sahillərində güclü zəlzələ baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə güclü zəlzələ baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər