Tramp Zelenskinin resurslarla bağlı sazişi imzalayacağına inanır
ABŞ prezidenti Donald Tramp Volodimir Zelenskinin Ukraynanın mineral ehtiyatları ilə bağlı saziş imzalamaq üçün Vaşinqtona qayıtmasını gözləyir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Amerika lideri “Fox News” telekanalına müsahibəsində danışıb.
O, aparıcının Zelenskinin Vaşinqtona qayıdıb mineral ehtiyatlar üzrə saziş bağlayacağını gözləyirsinizmi sualına cavabında deyib: “Bəli, düşünürəm ki, bu baş verəcək”.
Bundan əvvəl NBC telekanalı mənbələrə istinadla bildirib ki, ABŞ-ın Kiyevə hərbi yardım göstərməsini və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməsi üçün Ukraynanın faydalı qazıntıları üzrə sazişin bağlanması kifayət etməyəcək.
Qeyd edildiyi kimi, Tramp Zelenskidən sülh danışıqlarına münasibətini dəyişməsini və ərazi danışıqları da daxil olmaqla, güzəştə getməyə hazır olduğunu göstərmək istəyir.
Oxşar xəbərlər
Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib
MKİ rəhbəri ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edəcəyini düşünür
Ukraynanın təbii sərvətləri ilə bağlı böyük anlaşma – Zelenski ABŞ-a gedir
KİV: ABŞ Ukraynaya hərbi yardımı bərpa etməyəcək
KİV: ABŞ minerallarla bağlı razılaşmadan sonra Kiyevə hərbi yardımı bərpa etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













