KİV: ABŞ minerallarla bağlı razılaşmadan sonra Kiyevə hərbi yardımı bərpa etməyəcək
ABŞ-nin Ukraynaya hərbi yardımları davam etdirməsi üçün faydalı qazıntılarla bağlı əldə edilən razılaşma kifayət etməyəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin verdiyi məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə bildirib ki, yalnız müqavilə imzalanmaqla, Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqlarına yanaşmasını dəyişməli və bəzi güzəştlərə, o cümlədən ərazi məsələlərinə getməyə hazır olmalıdır.
"Gələn həftə Səudiyyə Ərəbistanında keçiriləcək görüşləri nəzərə alaraq, biz daha çox müsbət dəyişikliklər gözləyirik və nəhayət, bu amansız müharibəyə son qoymağı ümid edirik," - deyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Brayan Hyuz bəyan edib.
Bundan əvvəl Zelenski bildirib ki, o, hər an ABŞ ilə Ukraynanın faydalı qazıntılarının çıxarılması ilə bağlı razılaşma imzalamağa hazırdır. Vaşinqton isə Kiyevin danışıqlara hazırlığını silah tədarükünün bərpası ilə əlaqələndirib.
Oxşar xəbərlər
ABŞ ilə Ukrayna arasında minerallarla bağlı razılaşma imzalanmayıb, prezidentlərin birgə mətbuat konfransı ləğv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Starmer və Makron Zelenski ilə birlikdə Trampla görüşməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Zelenski Ciddədə ABŞ ilə danışıqlarda iştirak etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Zelenski danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












