KİV: Suriyada toqquşmalar Baniyas qaz elektrik stansiyasından başlayıb
Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında yeni toqquşmalar Tartus əyalətində yerləşən Baniyas liman şəhərindən başlayıb.
“Report” xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
Keçmiş prezidenti dəstəkləyən silahlı dəstələrin şəhərin enerji infrastrukturunun məhvi üçün zavoda hücum etdiyi iddia olunur.
Bildirilir ki, Suriya müvəqqəti hökumətinə tabe olan təhlükəsizlik qüvvələri stansiyaya nəzarəti bərpa etməyə çalışır.
Qeyd edək ki, Baniyas Suriyanın qərb sahilində yerləşən, Latakiya ilə Tartus arasında yerləşən şəhər və limandır. Həmçinin Dəməşqin nəzarətində olan ərazilərdə qaz və neft sənayesi üçün mühüm mərkəzdir.
Martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında toqquşmalar başlayıb. Ən ağır döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib.
Oxşar xəbərlər
Suriyada Baniyas qaz elektrik stansiyasında qarşıdurma baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyada Baniyas qaz elektrik stansiyasında növbəti qarşıdurma qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyada təhlükəsizlik qüvvələri ilə Əsəd tərəfdarları arasında toqquşmalar yenidən başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Suriyada martın 6-dan toqquşmalarda azı 532 mülki şəxs həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Suriyada toqquşmalarda 230-dan çox hərbçi həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













