KİV: Suriyada toqquşmalarda 230-dan çox hərbçi həlak olub
Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında baş verən silahlı qarşıdurmalarda 231 hökumət döyüşçüsü həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, qiyamın yatırılması əməliyyatının aparıldığı bölgələrdə onlarla döyüşçü itkin düşüb.
Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı dəstələri arasında toqquşmalar başlayıb. Ən şiddətli atışma Cebla şəhərində baş verib. KİV-in məlumatına görə, qarşıdurmalar zamanı yüzlərlə insan həlak olub.
Oxşar xəbərlər
KİV: Suriyada martın 6-dan toqquşmalarda azı 532 mülki şəxs həlak olub
KİV: Suriyada toqquşmalar Baniyas qaz elektrik stansiyasından başlayıb
Suriyada Baniyas qaz elektrik stansiyasında qarşıdurma baş verib
Suriyada Baniyas qaz elektrik stansiyasında növbəti qarşıdurma qeydə alınıb
KİV: Suriya təhlükəsizlik qüvvələri Latakiyada pusquya düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













