Suriyanın Latakiya əyalətində komendant saatı tətbiq edilib
Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar fonunda Latakiya əyalətinin Daxili Təhlükəsizlik İdarəsi cümə günü yerli vaxtla səhər saat 10:00-a qədər komendant saatı tətbiq edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
Cümə axşamı Əsədin bir qrup tərəfdarı Cebla şəhəri ətrafında yeni administrasiyanın Daxili Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib. “Al Jazeera”nin verdiyi məlumata görə, silahlılarla toqquşmalarda təhlükəsizlik orqanlarının azı 15 əməkdaşı həlak olub.
SANA xəbər agentliyinin məlumatına görə, keçmiş prezidenti dəstəkləyən silahlı qruplar Latakiya əyalətinin cənubunda yerləşən Beyt-Ana qəsəbəsindəki hərbi obyektlərə də hücum ediblər. Hücum nəticəsində təhlükəsizlik xidmətinin 1 zabiti ölüb, daha bir neçə nəfər yaralanıb.
“Syria TV” telekanalının məlumatına görə, partlayışların baş verdiyi Latakiya şəhərində, Əz-Zirə məhəlləsində və cinayət axtarış idarəsi yaxınlığında da şiddətli döyüşlər gedir. Xüsusi təyinatlı qüvvələrin döyüşçüləri silahlı dəstələrin hücumlarını dəf etməyə və onları itkilərə məruz qoymağa nail olublar.
Oxşar xəbərlər
Suriya hakimiyyəti Tartusda qarşıdurmalara görə komendant saatı tətbiq edib
KİV: Ceblada toqquşma zamanı azı 13 Suriya hərbçisi həlak olub - YENİLƏNİB
KİV: Suriyanın bəzi şəhərlərində komendant saatı tətbiq edilib
Dəməşqdə komendant saatı tətbiq edilib
Suriyada terror aktı nəticəsində bir neçə hərbçi həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













