KİV: Almaniyanın silah konserni “Dortmund”un sponsorlarından biri olacaq
Almaniyanın silah konserni “Rheinmetall” şirkəti Dortmund “Borussiya” futbol klubu ilə 3 illik reklam müqaviləsi imzalayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Handelsblatt” qəzeti məlumat yayıb.
Belə ki, “Borussiya”nın Çempionlar Liqasının finalına hazırlaşacağı məşq meydançasında reklam lövhələrindən birində “Rheinmetall” loqosu görünəcək.
Lakin futbolçuların formalarında heç bir loqo olmayacaq. Müqavilənin dəqiq dəyəri açıqlanmayıb. Nəşr illik 1 milyon avrodan 10 milyon avroya qədər məbləğ haqqında yazıb.
Qeyd edək ki, “Rheinmetall”ın dövriyyəsi 2023-cü ildə 12% artaraq 7,1 milyard avroya çatıb. 2024-cü il üçün şirkət 10 milyard avro satış proqnozlaşdırır. Keçən il xalis mənfəət 9% artaraq 0,6 milyard avroya çatıb.
Oxşar xəbərlər
Almaniya 1,3 milyard avroya qısamənzilli HHM sistemləri sifariş edəcək
"Barselona" futbolçusunu 100 milyon avroya satmaqdan imtina edib
Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Qrossi: BƏƏ-dəki AES-ə hücum kütləvi radiasiya yayılmasına səbəb ola bilər
-
Vens: ABŞ dünyanın jandarmı olmaq istəmir
