Siyarto ABŞ-də Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə edib
sizinxeber.az xəbər saytı

Siyarto ABŞ-də Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə edib


Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyarto Vaşinqtonda ABŞ Maliyyə Naziri Skott Bessent ilə görüşdə Rusiyaya qarşı bəzi enerji sanksiyalarının ləğvi imkanlarını müzakirə edib.

“Report” xəbər verir ki, nazir bu barədə “M1” televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, tərəflər Ukraynadakı münaqişə nə qədər tez həll edilərsə, bu sanksiyaların bir o qədər tez aradan qaldırılacağı barədə razılığa gəliblər:

“Əlbəttə, biz Bayden administrasiyası tərəfindən görülən və Macarıstanın enerji təhlükəsizliyinə xələl gətirən sanksiya tədbirləri məsələsini qaldırdıq. Bizə aydındır ki, sanksiyalar siyasətinin gələcəyi Ukraynada müharibənin nə qədər tez başa çatması ilə sıx bağlıdır. Ukraynada müharibə nə qədər tez dayandırılsa, beynəlxalq siyasi həyat normallaşacaq və biz müxtəlif sanksiyalardan tez qurtula biləcəyik. Beləliklə, bəlkə də biz sanksiyalar rejimlərini keçmişdə qoya bilərik”.

Oxşar xəbərlər

Siyarto: Trampın qələbəsi Ukraynada müharibənin sülh yolu ilə başa çatması şansını artırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Macarıstan XİN Rusiyaya qarşı sanksiyaların dəstəklənməsi üçün şərti açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Macarıstan Aİ-nin Rusiyanın 27 fiziki şəxs və təşkilatına qarşı sanksiya tətbiqinin qarşısını alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-nin ali nümayəndəsi Rusiyaya qarşı sanksiyaların uzadılacağına ümid edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiya Prezidenti Orban və Siyarto ilə enerji təhlükəsizliyini müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər