WP: Putin və Tramp telefonla Ukraynadakı münaqişəni müzakirə ediblər
sizinxeber.az xəbər saytı

WP: Putin və Tramp telefonla Ukraynadakı münaqişəni müzakirə ediblər


Noyabrın 7-də Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş lideri Donald Tramp arasında telefon danışığı olub. Onlar Ukraynadakı münaqişəni müzakirə ediblər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Washington Post” (WP) qəzeti yazıb.

Tərəflər arasında Avropada sülhün əldə olunması diqqət mərkəzində olub. Bundan əlavə, ABŞ-ın yeni seçilmiş prezidenti Ukraynadakı müharibənin tezliklə həllini müzakirə etmək üçün sonrakı danışıqlarda maraqlı olduğunu bildirib.

Qəzetin yazdığına görə, hazırda nə Moskva, nə də Vaşinqton siyasətçilər arasında söhbət barədə rəsmi məlumat yaymayıb.

Nəşr iddia edib ki, Kiyev Putinə zəng barədə məlumatlandırılıb və söhbətə etiraz etməyib. Ukrayna rəsmiləri çoxdan başa düşürlər ki, Tramp Ukraynadakı vəziyyəti diplomatik yolla həll etmək üçün Rusiya lideri ilə işləyəcək.

Oxşar xəbərlər

"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp inauqurasiyadan əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
WSJ: Tramp Aİ liderlərilə danışıqlarda Ukrayna ilə bağlı heç bir öhdəlik götürməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Rusiya və Çini ABŞ-ın düşməni hesab etmədiyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
WSJ: Tramp Aİ liderlərilə danışıqlarda Ukrayna ilə bağlı üzərinə heç bir öhdəlik götürməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər