Səudiyyə vəliəhdi və ABŞ dövlət katibi dünyada təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl-Səud Ər-Riyadda ABŞ-nin dövlət katibi Marko Rubio ilə iki ölkənin dünyada və Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərini müzakirə edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyinin yaydığı bəyanatda deyilib.
“Görüş zamanı iki dost ölkə arasındakı münasibətlərin müxtəlif aspektləri, eləcə də müxtəlif sahələrdə onların möhkəmləndirilməsi və inkişafı yolları nəzərdən keçirilib”, – məlumatda qeyd olunub.
Tərəflər həmçinin regionda və dünyada baş verən hadisələri, təhlükəsizlik və sabitliyin əldə edilməsi istiqamətində görülən işləri müzakirə ediblər.
Qeyd edək ki, fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ ikitərəfli münasibətlərin bütün kompleksinin bərpasını, həmçinin Rusiya – Ukrayna münaqişəsinin həlli və Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın görüşünə hazırlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar.
Oxşar xəbərlər
Şarl Mişel Səudiyyə şahzadəsi ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ və Rusiyanın Ukrayna üzrə danışıqları fevralın 18-də Ər-Riyadda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Lavrov və Uşakov Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə görüş keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB ölkələri Avropada adi silahlara nəzarəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio Səudiyyə Ərəbistanının XİN başçısı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












