Kanada Rusiya şirkətinin iki strukturunu sanksiya siyahısına daxil edib
sizinxeber.az xəbər saytı

Kanada Rusiya şirkətinin iki strukturunu sanksiya siyahısına daxil edib


Kanada “Volqa-Dnepr” şirkətinə məxsus iki strukturu Rusiya əleyhinə sanksiyalar siyahısına əlavə edib.

“Report” xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında Rusiyaya qarşı sanksiyalar bölməsində məlumat verilib.

Sənəddə qeyd olunub ki, müvafiq siyahıya “Volga-Dnepr Airlines (Ireland) Limited” və “Volga-Dnepr Logistics V” daxil edilib. “Volqa-Dnepr” aviaşirkətinin özü də Kanada sanksiyaları altındadır.

Rusiya KİV-in məlumatına görə, 2022-ci ildən Ottava bu yükdaşıyıcısının təyyarəsini saxlayır. Kanada hökuməti tərəfindən icarəyə götürülmüş, Çindən COVID testləri yüklənmiş “Volqa-Dnepr” şirkətinin An-124 nəqliyyat təyyarəsi 2022-ci il fevralın 27-də Torontoya gəlmişdi.

Oxşar xəbərlər

Kanada İranın hərbi rəhbərliyinə sanksiya tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşa rusiyalı milyarderi sanksiyalar siyahısına salıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya, Aİ və Kanada Myanma rəhbərliyi ilə əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanada torpaq müsadirəsinə görə beş hind tayfasına təzminat ödəyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trüdo: Ottava öz ölkəsində kanadalılara qarşı təhdidlərə dözməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər