Tramp vergi ödəyicilərinin KİV-ə xərclənən pullarının qaytarılmasını tələb edib
ABŞ Prezidenti Donald Tramp federal qurumların əvvəllər “Politico”, “The New York Times” qəzetlərinə və “Associated Press” xəbər agentliyinə abunəlik üçün ödədiyi vəsaitlərin ölkənin vergi ödəyicilərinə qaytarılmasını tələb edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
"Niyə “Politico”ya heç nə üçün milyonlarla dollar ödənilib? Mətbuatı almaq məqsədilə? Vergi ödəyicilərinin pullarını qaytarın!", - o yazıb.
Tramp, həmçinin “Reuters” agentliyindən ABŞ hökuməti tərəfindən ona ödənilən pul vəsaitlərinin qaytarılmasını tələb edib.
Ağ Evin mətbuat katibi Kerolin Livittin daha əvvəl qeyd edib ki, ABŞ hökuməti illik dəyəri təxminən 8 milyon dollar olan “Politico”ya abunəliyi ləğv edəcək. İlon Maskın rəhbərlik etdiyi ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) artıq qəzetə ödənişlərin ləğvi üzrə işə başlayıb.
Oxşar xəbərlər
Tramp: “Politico” demokratlar haqqında müsbət məqalələrə görə USAID-dən 8 milyon dollar alıb
Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir
Maskın agentliyi bir neçə KİV-i maliyyələşdirməyi dayandıracaq
Donald Tramp bir ildən sonra ilk dəfə “X”da paylaşım edib
USAID-in xaos, qarşıdurma şəbəkəsi – təşkilatın bəşəriyyətə qarşı cinayətləri - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
