“Google” Polşa vətəndaşlarının süni intellektlə işləməyi öyrənməsi üçün 5 milyard dollar ayıracaq
sizinxeber.az xəbər saytı

“Google” Polşa vətəndaşlarının süni intellektlə işləməyi öyrənməsi üçün 5 milyard dollar ayıracaq


ABŞ-nin “Google” korporasiyası 1 milyon Polşa vətəndaşına süni intellektlə (AI) işləməyi öyrədəcək.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “Google”un baş icraçı direktoru Sundar Piçay ilə görüşdən sonra bildirib.

"Google” layihənin həyata keçirilməsinə başlayacaq və 1 milyon Polşa vətəndaşına müasir texnologiyalardan, o cümlədən süni intellektdən istifadəni öyrədəcək", - Baş nazir mətbuat konfransında qeyd edib.

ABŞ korporasiyası bu məqsədlər üçün beş il ərzində 5 milyard dollar ayıracaq.

Bundan əlavə, S.Piçayın sözlərinə görə, Polşanın İnkişaf Fondu və “Google” süni intellektin tətbiqi sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb. O bildirib ki, bu texnologiyadan geniş istifadə Polşa iqtisadiyyatının 8 % böyüməsinə imkan verəcək.

Oxşar xəbərlər

“Google” süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə bağlı prinsiplərini yeniləyib
ABŞ-də süni intellektin inkişafına 500 milyard dollar sərmayə qoyacaq şirkət yaradılacaq
Polşa ilk AES-in tikintisi üçün təxminən 15 milyard dollar ayıracaq
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
“Google” xəritələrində Meksika körfəzinin adı dəyişdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle