Pentaqon rəhbəri ABŞ üçün əsas təhdidləri açıqlayıb
“ABŞ üçün əsas təhlükələr qeyri-qanuni miqrantlar və Çindən gəlir”.
“Report”un məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqset Ştutqartda jurnalistlərlə söhbətində deyib.
“Hazırda başlıcası öz sərhədimizin təhlükəsizliyini təmin etməkdir. Bunu həll etmək üçün sürətlə çalışırıq. Prezident Donald Trampın dediyi kimi, əgər sərhədiniz yoxdursa, ölkəniz də yoxdur”, - o söyləyib.
Nazir vurğulayıb ki, ABŞ başqalarının sərhədlərini qoruyub, lakin indi öz sərhədlərini müdafiə etməyin vaxtı çatıb:
“Xarici təhdidlərə gəlincə, heç bir şübhə yoxdur ki, Çinin ambisiyaları çox böyükdür və onların dünyaya baxışı bizimkindən çox fərqlidir. Kim qalib gəlirsə, XXI əsrin tonunu o təyin edəcək”
Oxşar xəbərlər
Pentaqonun yeni rəhbəri müharibələrin qarşısını alacağına, onları aparmayacağına söz verib
Pentaqon nüvə triadasının modernləşdirilməsinin vacibliyini etiraf edib
Pentaqon Meksika ilə sərhədə nəzarəti gücləndirmək üçün hər şeyi edəcək
Pentaqon təyyarə ilə toqquşan helikopterin məxsus olduğu bölmənin uçuşlarını dayandırıb
Pentaqon rəhbəri NATO ölkələrini müdafiəyə daha çox xərcləməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













